reklam
UEFA Çempionlar Liqasının Kiyevdə keçiriləcək final oyununun biletləri fevraldan satışa çıxarılacaq
Sportfm.az xəbər saytı

UEFA Çempionlar Liqasının Kiyevdə keçiriləcək final oyununun biletləri fevraldan satışa çıxarılacaq


UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək final oyununun biletləri gələn ilin fevralından satışa çıxarılacaq.

Sportfm.az xəbər verir ki, biletlərin bir hissəsi UEFA-nın saytı vasitəsilə satışa çıxarılacaq. Azarkeşlər biletləri onlayn əldə edə biləcəklər. UEFA biletlərin qalan hissəsini milli futbol assosiasiyalarına, tərəfdaş kommersiya şirkətlərinə göndərəcək.

Federasiyadan bildiriblər ki, biletlərin qiymətləri kateqoriyalara görə müəyyənləşəcək.

UEFA Çempionlar Liqasının final matçının keçiriləcəyi Olimpiya stadionunun dekabrdan əsaslı təmirinə başlanılacaq. Təmir işlərinin aprelin sonunadək başa çatdırılması nəzərdə tutulub. Stadionun əsaslı təmirinə 103 milyon qriven (3 milyon 850 min dollar) məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün final qarşılaşması gələn il mayın sonunda Kiyevdə oynanılacaq.

AZƏRTAC

Oxşar xəbərlər

“Qarabağ” - “Linkoln” oyununun biletləri satışa çıxarılacaq
ÇL-in biletləri satışa çıxarıldı
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılacaq
Matça 70 gün var, biletləri satılır
"Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər