reklam
Azərbaycanın gənclər və idman naziri Birləşmiş Ərəb Əmirliklərində bir sıra görüşlər keçirib
Sportfm.az xəbər saytı

Azərbaycanın gənclər və idman naziri Birləşmiş Ərəb Əmirliklərində bir sıra görüşlər keçirib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə Formula-1 yarışlarının finalı keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu məqsədlə Abu-Dabiyə səfər edib.

Noyabrın 26-da Azad Rəhimov BƏƏ-nin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və final yarışlarına dəvətə görə təşəkkürünü Vəliəhdə çatdırıb. Şeyx Məhəmməd bin Zayed əl Nəhyan, öz növbəsində, salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tədbirdə iştiraka görə nazirə minnətdarlığını bildirib.

Azad Rəhimov, həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl Nəhyan, Böyük Britaniya Krallığının Şahzadəsi Endrü, Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovla görüşlər keçirib.

Tədbirdə və görüşlərdə Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov da iştirak edib.

AZƏRTAC

 

Oxşar xəbərlər

Gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişdi - 57 yaşında
Şahzadə Nurməhəmmədovla görüşdü - FOTO
İran millisi Azərbaycanla yoldaşlıq oyunu keçirmək istəyir
Təhsil naziri federasiya prezidenti seçildi
Azad Rəhimov Milli Gənclər Mərkəzində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər