reklam
DİN, DTX və Baş Prokurorluğun futbolçulardan xəbəri yoxdur
Sportfm.az xəbər saytı

DİN, DTX və Baş Prokurorluğun futbolçulardan xəbəri yoxdur


"Keşlə" futbol klubunun heyətindən uzaqaşdırılmış 2 futbolçu - Nizami Hacıyev və Mirhüseyn Seyidovun hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı barədə xəbər yayılıb.

Məsələni aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə rəisi Ehsan Zahidovla əlaq saxladıq.

Sportfm.az saytı xəbər verir ki, Ehsan Zahidov ölkə.az-a açıqlamasında bildirib ki, bu xəbərlə bağlı araşdırmalarımız davam edir, hələki bunu təsdiq edən polis idarəsi yoxdur:

"Ola bilsin ki, bu xəbər yalandır. Polis idarələrindən heç biri bu xəbəri təsdiq etmir. Bəlkə prokurorluq, bəlkə də digər hüquq mühafizə orqanları saxlayıb".

Hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilən futbolçularla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Ölkə.Az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Ölkə.Az-a verilən məlumata görə, hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilən Nizami Hacıyev və Mirhüseyn Seyidov DTX tərəfindən saxlanılmayıb.

Qeyd edək ki, futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidovun "Neftçi" - "Keşlə" oyununu satdıqlarına görə hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilir.

Oxşar xəbərlər

Nizami Hacıyevlə, Mirhüseyn Seyidov futboldan ömürlük uzaqlaşdırıldı - AFFA açıqladı
“Keşlə”nin futbolçuları sərbəst buraxıldı
Həbs edilmiş oyunçular "Qarabağ"a oyun satıb? - RƏSMİ AÇIQLAMA
Futbolşuların saxlandığı təsdiqləndi - RƏSMİ
"Futbolçuların həbsindən xəbərsizəm" - PFL prezidenti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər