Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Söhrab dünya rekordunu yenilədi -ABŞ-da
İranlı ağırlıq qaldıran Söhrab Moradi ABŞ-ın Anahaym şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında yarışdığı 94 kq çəki dərəcəsində dünya rekordu müəyyən edərək çempion olub.
Sportfm.az xəbər verir ki, iranlı idmançı birdən qaldırmada 184 kq, təkanla qaldırmada isə 233 kq çəkinin öhdəsindən gələrək ümumi hesabda 417 kq nəticə göstərib.
Həm birdən qaldırmada, həm də təkanla qaldırmada dünya rekordu müəyyənləşdirən S.Moradi ümumi hesabda öz rekordunu da yeniləyib.
İkinci yeri 388 kq (176 kq + 212 kq) nəticə ilə Litva idmançısı Aurimas Didzbalis, üçüncü yeri isə 385 kq (171 kq + 214 kq) göstərici ilə daha İran atleti Sidaub Mosavicarahi tutub.
Oxşar xəbərlər
Günel rekordları yenilədi - Azərbaycan çempionatı
Türkiyəli idmançıdan Avropa rekordu - VİDEO
Azərbaycanlı idmançıdan yeni Avropa rekordu
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
İdmançımız İranda fərqləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası