reklam
Türkiyəli idmançıdan Avropa rekordu -
Sportfm.az xəbər saytı

Türkiyəli idmançıdan Avropa rekordu -VİDEO


Türkiyə ağırlıqqaldıranı Daniyar İsmayılov Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı birdən qaldırmada 160 kq nəticə göstərib. İdmançının əvvəlki rekordu 159 kq olub.

İsmayılov təkanla qaldırmada 181 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 341 kq nəticə göstərən ağırlıqqaldıran Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, Daniyar İsmayılov 2015-ci və 2016-cı illərdə də Avropa çempionu olub. 

Oxşar xəbərlər

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu - UĞUR
Daha bir qızıl - Avropa çempionatı
İdmançımızdan böyük uğur - Qızıl medal qazandı
Azərbaycan idmançısıı Avropa rekordu müəyyənləşdirdi
Söhrab dünya rekordunu yenilədi - ABŞ-da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər