reklam
“Qarabağ” klubu Romada coşqu ilə qarşılandı
Sportfm.az xəbər saytı

“Qarabağ” klubu Romada coşqu ilə qarşılandı


Ağdamın “Qarabağ” klubunun futbolçuları UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyunlarını keçirmək üçün İtaliyaya gəliblər.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçilərinin İtaliya paytaxtında yerləşdikləri “Parco dei Principi” otelinin qarşısında bir qrup azərbaycanlı gənc “Qarabağ”ın futbolçularını coşqu ilə qarşılayıb. Gənclər milli musiqimizin sədaları altında əzəli torpağımız olan Qarabağ, eləcə də futbol klubu ilə bağlı şüarlar səsləndirərək, komandamıza dəstək nümayiş etdiriblər.

Futbolçuların qarşılanması mərasimində İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı və bu ölkədə fəaliyyət göstərən Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) rəhbərləri və fəal üzvləri olmaqla, ümumilikdə dörd yüzədək azarkeş iştirak edib.

Qeyd edək ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Saat 22:00-da isə “Qarabağ” futbolçuları oyunöncəsi məşqə çıxacaqlar.

Xatırladaq ki, “Roma”-“Qarabağ” qarşılaşması dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda start götürəcək.

AZƏRTAC

Oxşar xəbərlər

“Qarabağ”ın səfər proqramı
“Qarabağ” İsraildə dəstəksiz qalmadı - FOTO
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
"Qarabağ" Albaniyaya yollandı
“Qarabağ”ın Romada oyundan əvvəl son məşqinin vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər