reklam
Azərbaycan futzalında bir ilk yaşandı -
Sportfm.az xəbər saytı

Azərbaycan futzalında bir ilk yaşandı -Ata meydanda oğluna qalib gəldi


Azərbaycan Birinci Liqasının 7-ci turunda "Yasamal-2" və U-17 komandası arasında baş tutan oyunda ölkə futzal tarixində bir ilk yaşanıb. Belə ki, birincilərin kapitanı olan veteran futzalçı Rüfət Hüseynov meydanda öz oğlu Tofiq Hüseynova qarşı mübarizə aparıb. 

Sportfm.az xəbər verir ki, bu Azərbaycan futzalında ilk belə hadisədir. Ata və oğul Hüseynovların mübarizəsində təcrübə öz sözünü deyib 3:2. 

Qeyd edək ki, Rüfət Hüseynov ötən həftə Yüksək Liqada çıxış edən "Yasamal" komandasının baş məşqçisi təyin edilib. Tofiq Hüseynov isə 17 yaşlılardan ibarət futzal yığmamızın şərəfini qorumaqla yanaşı, "Keşlə"nin U-17 komandasının üzvüdür. Gənc oyunçunu oyun stilinə görə əfsanəvi futzalçımız Baba Əsgərova(Babaş) bənzədirlər. 

Oxşar xəbərlər

Azərbaycan futzalında yaşanan ilk - VİDEO, FOTOLAR
Azərbaycan futzalında daha bir ilk - FOTO
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
"Yasamal" 1 xal qazandı
"Yasamal"FK-dan dan etiraz: Biz buna qarşıyıq - Rəsmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər