Avropa Liqasında qrup mərhələsi başa çatdı
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu.
Sportfm.az xəbər verir ki, sonuncu – VI tur çərçivəsində baş tutmuş 24 matçdan sonra 1/16 finala vəsiqə qazanan bütün kollektivlər müəyyənləşdi.
Bu turadək İtaliyanın "Atalanta", "Latsio” və "Milan", İspaniyanın "Vilyarreal” və "Real Sosyedad", Fransanın "Lion” və "Nitsa", Rusiyanın "Zenit”, Ukraynanın "Dinamo" (Kiyev), Rumıniyanın "Styaua”, İngiltərənin "Arsenal”, Serbiyanın "Partizan”, Portuqaliyanın "Braqa”, Çexiyanın "Viktoriya”, Avstriyanın "Zalsburq” və İsveçin "Ostersun” komandaları "pley-off"a yüksəldi.
Qalan 8 vəsiqəyə isə tarixdə ilk dəfə Qazaxıstanın "Astana”, "Qarabağ"ın Çempionlar Liqasının "play-off" mərhələsində üstələdiyi Danimarkanın "Kopenhagen", İspaniyanın "Atletik”, Yunanıstanın AEK, Bolqarıstanın "Lüdoqorets”, Fransanın "Marsel”, Serbiyanın "Srvena Zvezda” və Rusiyanın "Lokomotiv” komandaları sahib oldu.
Avropa Liqası, Qrup mərhələsi, VI tur
A qrupu
22:00. "Slaviya" (Praqa, Çexiya) - "Astana" (Qazaxıstan) - 0:1
Qol: Marin Aniçiç, 38
22:00. "Vilyarreal" (İspaniya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:1
Qol: Nik Blekman, 60
Xal durumu: "Vilyarreal" - 11, "Astana" - 10, "Slaviya" - 8, "Makkabi" - 4.
B qrupu
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Partizan" (Serbiya) - 4:1
Qollar: Nikolay Murozyuk, 6. Junior Moraeş, 28; 31; 77-penalti ilə - Marko Yevtoviç, 45+4 - penalti ilə
22:00. "Yanq Boyz" (İsveçrə) - "Skenderbeu" (Albaniya) - 2:1
Qollar: Giyom Oaro, 55. Roje Assale, 90+5 - Enis Qavazay, 51
Xal durumu: "Dinamo" - 13, "Partizan" - 8, "Yanq Boyz" - 6, "Skenderbeu" - 5.
C qrupu
22:00. "Başakşehir" (Türkiyə) - "Braqa" (Portuqaliya) - 2:1
Qollar: Edin Vişça, 10. Emre Belezoğlu, 77-penalti ilə - Raul, 55
22:00. "Hoffenhaym" (Almaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1
Qollar: Filip Oxs, 25 - Vanderson, 62
Qırmızı vərəqə: Klaudiu Keşerü, 83 ("Lüdoqorets")
Xal durumu: "Braqa" - 10, "Lüdoqorets" - 9, "Başakşehir" - 8, "Hoffenhaym" - 5.
D qrupu
22:00. "Riyeka"(Xorvatiya) - "Milan" (İtaliya) - 2:0
Qollar: Yokov Pulyiç, 7. Mario Qavranoviç, 47
22:00. "Austriya" (Avstriya) - AEK (Yunanıstan) - 0:0
Xal durumu: "Milan" - 11, AEK - 8, "Riyeka" - 7, "Austriya" - 5.
E qrupu
22:00. "Atalanta" (İtaliya) - "Lion" (Fransa) - 1:0
Qol: Andrea Petanya, 10
22:00. "Apollon" (Kipr) - "Everton" (İngiltərə) - 0:3
Qollar: Ademola Lukman, 21; 27. Nikola Vlaşiç, 87
Xal durumu: "Atalanta" - 14, "Lion" - 11, "Everton" - 4, "Apollon" - 3.
F qrupu
22:00. "Kopenhagen" (Danimarka) - "Şerif" (Moldova) - 2:0
Qollar: Pyeros Sotiryu, 56. Mixael Lüftner, 59
Qırmızı vərəqə: Jayro, 69 ("Şerif)
Dəqiq yerinə yetirilməyən penalti: Zigi Badibanqa, 78 ("Şerif")
22:00. "Zlin" (Çexiya) - "Lokomotiv" (Moskva, Rusiya) 0:2
Qollar: Aleksey Mirançuk, 70. Cefferson Farfan, 75
Qırmızı vərəqə: Zoran Qayiç, 57 ("Zlin")
Xal durumu: "Lokomotiv" - 11, "Kopenhagen" - 9, "Şerif" - 9, "Zlin" - 2.
G qrupu
00:05. "Hapoel" (Beer-Şeva, İsrail) - "Viktoriya" (Plzen, Çexiya) - 0:2
Qol: Lukaş Heyda, 28. Tomaş Horava, 83
00:05. "Styaua" (Rumıniya) - "Luqano" (İsveçrə) - 1:2
Qollar: Harlem Qnohere, 60 - Fabio Daprela, 3. Balint Veçei, 32
Xal durumu: "Viktoriya" - 12, "Styaua" - 10, "Luqano - 9, "Hapoel" - 4.
H qrupu
00:05. "Arsenal" (İngiltərə) - BATE (Belarus) - 6:0
Qollar: Matyö Debuşi, 11. Teo Uolkott, 37. Cek Uilşir, 43. Denis Polyakov, 51-öz qapısına. Olivye Jiru, 64-penalti ilə. Mohamed Elneni, 74
00:05. "Srvena Zvezda" (Serbiya) - "Köln" (Almaniya) - 1:0
Qol: Slavolyub Srniç, 22
Xal durumu: "Arsenal" - 13, "Srvena Zvezda" - 9, "Köln" - 6, BATE - 5.
I qrupu
00:05. "Marsel" (Fransa) - "Zalsburq" (Avstriya) - 0:0
00:05. "Gimaraynş" (Portuqaliya) - "Konyaspor" (Türkiyə) - 1:1
Qollar: Ali Turan, 77-öz qapısına - Mehdi Burabia, 15
Xal durumu: "Zalsburq" - 12, "Marsel" - 8, "Konyaspor" - 6. "Gimaraynş" - 5.
J qrupu
00:05. "Herta" (Almaniya) - "Ostersun" (İsveç) - 1:1
Qollar: Peter Pekarik, 61 - Sotiryos Papagiannopulos, 58
00:05. "Zarya" (Ukrayna) - "Atletik" (İspaniya) - 0:2
Qol: Arits Adurits, 70. Raul Qarsia, 86
Xal durumu: "Atletik" - 11, "Ostersun" - 11, "Zarya" - 6, "Herta" - 5.
K qrupu
00:05. "Zülte-Varegem" (Belçika) - "Latsio" (İtaliya) - 3:2
Qol: Nil De Pauv, 6. Mixael Heylen, 60. Aaron Leya İsaka, 83 - Felipe Kaysedo, 67. Lukas, 76
00:05. "Vitess" (Hollandiya) - "Nitsa" (Fransa) - 1:0
Qol: Luk Kastanyos, 85
Xal durumu: "Latsio" - 13, "Nitsa" - 9, "Zülte-Varegem" - 7, "Vitess" - 5.
L qrupu
00:05. "Real Sosyedad" (İspaniya) - "Zenit" (Rusiya) - 1:3
Qollar: Villian Xose, 58 - Aleksandr Yeroxin, 35. Branislav İvanoviç, 64. Leandro Paredes, 85
00:05. "Vardar" (Makedoniya) - "Rusenborq" (Norveç) - 1:1
Qol: İtalo, 9 - Niklas Bendtner, 45+2 - penalti ilə
Xal durumu: "Zenit" - 16, "Real Soseydad" - 12, "Rusenborq" - 5, "Vardar" - 1.
Oxşar xəbərlər
Avropa Liqası: 1/16 finala yüksələn komandaların sayı 16-ya yüksəlib
Türkiyə klubları üçün uğursuz gecə - Avropa Liqasının nəticələri
"Arsenal" səfərdə, "Milan" evdə sevindi - Avropa Liqasında gecənin nəticələri
Türkiyə klubları üçün uğursuz gecə - AL, nəticələr
Avropa Liqasında püşk atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası