Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” uşaqların arzularını həyata keçirəcək
Sosial layihələrə hər zaman xüsusi önəm verən “Neftçi” futbol klubu daha bir layihəyə qoşulur.
Sportfm.az xəbər verir ki, xalqın komandası uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə - “ASAN məktub”la uşaqların arzularını həyata keçirəcək.
Klubun futbolçuları yeni il ərəfəsində “ASAN məktub” portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcəklər.
“Bakcell Arena”da baş tutacaq görüşdə uşaqlar komandamızın ev oyunlarını keçirdiyi stadionla tanış olub, “Neftçi”nin muzeyini ziyarət edəcək. Sonda əsas komandanın futbolçuları seçdikləri uşaqlara Yeni il hədiyyələri təqdim edəcəklər.
Oxşar xəbərlər
Qəbələdə anlamlı ziyarət - FOTO
Məktəblilər “Neftçi”nin qonağı oldu – VİDEO
“Kəpəz”in futbolçuları uşaq evini ziyarət etdi - FOTO
Azərbaycanda yeni layihə həyata keçiriləcək - İlk dəfə
"Kəpəz"dən anlamlı ziyarət - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası