Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Quliyev Türkiyənin ən yaxşısı seçildi
Azərbaycanlı atlet Ramil Quliyev Türkiyənin ən yaxşısı seçilib.
Sportfm.az xəbər verir ki, “ay-ulduzlular”ın şərəfini qoruyan həmyerlimiz Türkiyə Qəzetçilər Cəmiyyətinin səsverməsində hamını qabaqlayıb.
Belə ki, 41 ildi təşkil edilən Sedat Simavi mükafatlarından biri Quliyevə qismət olub. O, ən yaxşı idmançı nominasiyasının qalibi seçilib. Ramil bu mükafata Londonda Türkiyəyə dünya çempionatının ilk qızıl medalını qazandırdığı üçün layiq görülüb.
Quliyev təlim-məşq toplanışında olduğu üçün mükafat “Fənərbaxça”nın atletika şöbəsinin cavabdehi Gürsəl Özyurt Seçiciyə cəmiyyətin sədri Şenes Erzik tərəfindən verilib.
Oxşar xəbərlər
Ramil Quliyev yenə qələbə qazandı
Azərbaycanlı Türkiyədə ilin idmançısı seçildi - FOTO
Ramil Quliyev Avropa çempionu oldu
Azərbaycanlı Türkiyədə ilin idmançısı oldu - FOTO
Ramil Quliyev “Diamond League”də qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası