reklam
Sportfm.az xəbər saytı

"Mançester Siti" premyer liqada ardıcıl 16-cı qələbəsini qazandı


"Mançester Siti" dekabrın 16-da İngiıtərə Premyer Liqasının 18-ci turunda doğma meydanda London təmsilçisi "Tottenhemi" 4-1 hesabı ilə məğlub edərək ardıcıl 16-cı qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, oyunun 14-cü dəqiqəsində İlkay Gündoğan "Tottenhem"in qapısına yol tapıb: 1-0. Oyunun sonuna doğru təzyiqi daha da artıran "Maneçester Siti" 70-ci dəqiqədə Kevin de Bruynenin qolu ilə fərqi artırıb - 2:0. Oyunun 80-ci və 90-cı dəqiqələrində Mançester təmsilçisinin hücumçusu Rahim Sterlinq dub edib - 4:0. Oyunda son nöqtəni "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen qoyub - 4:1.

Beləliklə, "Mançester Siti" 52 xalla çempionatda liderliyini uğurla davam etdirir. Onların ən yaxın izləyicisi "Mançester Yunayted"in aktivində isə 38 xal var.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqasında möhtəşəm sonluq - "Mançester Siti" çempiondur
Ardıcıl 7-ci qələbələrini qazandılar
"Mançester Siti" növbəti məğlubiyyətlə barışmalı oldu
"Liverpul" "Mançester Siti"nin məğlubiyyətsizlik seriyasına son qoydu
"Arsenal" məğlub oldu, "Çelsi" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər