"Keşlə" ukraynalıya tapşırılır -Ramiz Məmmədov istefaya göndərildi
"Keşlə"yə yeni baş məşqçi təyin olunacaq.
Sportfm.az xəbər verir ki, yeni baş məşqçi ukraynalı Yuri Maksimov olacaq. 49 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanılacaq. Yeni baş məşqçinin qarşısına Azərbaycan Premyer Liqasında daha yüksək yerlərdən birini tutmaq və Azərbaycan kubokunu qazanmaqla Avropa Liqasına vəsiqə əldə etmək tapşırığı qoyulacaq.
Zaur Svanadzenin istefaya göndərilməsindən sonra baş məşqçi postuna müvəqqəti gətirilmiş Ramiz Məmmədov isə yenə əvvəlki işinə - əvəzedici heyət üzrə koordinator vəzifəsinə qaytarılacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Komanda.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, keçidin rəsmən gələn həftə açıqlanacağını deyib:
“Bu barədə klub prezidenti də məlumat verib. Rəsmi məlumat çox güman gələn həftə açıqlanacaq”.
Yuri Maksimov əvvəllər Ukraynanın "Dnepr", "Dinamo" (Kiyev), Almaniyanın "Verder" kimi komandalarında çıxış edib. O, 2005-ci ildə Belarusun "Dinamo" (Minsk) klubunda baş məşqçi karyerasına başlayıb. 2006 - 2013-cü illərdə Ukraynanın MOİK (Kiyev), "Obolon", "Krivbass", "Metallurq" (Donetsk) və "Mordoviya" komandalarının baş məşqçisi olmuş Maksimovun son komandası ötən mövsüm rəhbərlik etdiyi Qazaxıstan "Taraz"ı olub. Ukraynalı mütəxəssis 2013-2014 mövsümündə "Mordoviya"nı Rusiya Birinci divizionunun qalibi edərək, Premyer Liqaya çıxarıb.
Oxşar xəbərlər
Yuri Maksimovun yeni iş yeri məlum oldu - "Dnepr-1"
Yuri Maksimov “Keşlə”dən getdi
Yuri Maksimov "Keşlə"dən getdi?
Yuri Maksimovun köməkçiləri müəyyənləşdi
Maksimovun təyinatı rəsmiləşdi - Məmmədov əvvəlki postuna qaytarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası