reklam
Maksimovun təyinatı rəsmiləşdi -
Sportfm.az xəbər saytı

Maksimovun təyinatı rəsmiləşdi -Məmmədov əvvəlki postuna qaytarıldı


“Keşlə” futbol klubuna yeni baş məşqçi təyin edilib.

Sportfm.az xəbər verir ki, mövsümün ilk yarısının son dörd turunda müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Ramiz Məmmədov əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən aşağı yaş qrupları üzrə əlaqələndirici kimi fəaliyyət göstərəcək. Baş məşqçi vəzifəsinə isə ukraynalı mütəxəssis Yuri Maksimov gətirilib. Y.Maksimov həftəsonu Bakıya gələcək və gələn həftə müqavilə rəsmən imzalanacaq. Hələlik anlaşmanın müddəti mövsümün sonuna qədər olacaq.

Futbolçu kimi Ukrayna millisinin formasını geymiş Yuri Maksimov məşqçiliyə 2005-ci ildə Minskin “Dinamo” klubunda başlayıb. O, daha sonra MOİK (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” və “Taraz” klublarında çalışıb.

Oxşar xəbərlər

"Sabah"da təyinatlar - RƏSMİ
Yuri Maksimov “Keşlə”dən getdi
Yuri Maksimov "Keşlə"dən getdi?
Yuri Maksimovun köməkçiləri müəyyənləşdi
"Keşlə" ukraynalıya tapşırılır - Ramiz Məmmədov istefaya göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər