Azərbaycanda futzalçı hakimi təhqir etdi, 4 oyun cəzalandı
Sportfm.az xəbər verir ki, bu gün İntizam Komitəsinin qərarları açıqlanıb.
13 dekabr 2017-ci il, futzal üzrə Yüksək Liqanın “FK.İD. Futsal” – “Neftçi” İK matçının 29-cu dəqiqəsində “Neftçi” İK klubunun 11 №-li futbolçusu Tural Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
16 dekabr 2017-ci il, futzal üzrə Yüksək Liqanın “Neftçi” İK – “Xəmsə” matçının 26-cı dəqiqəsində “Neftçi” İK klubunun 13 №-li futzalçısı Əjdər Əjdərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
17 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Bayker Hughes” – “Dalğa” matçının 43-cü dəqiqəsində “Dalğa” klubunun 1 №-li futzalçısı Şahin Dadaşzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
17 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “Rezident.az” matçının 31-ci dəqiqəsində “Rezident.az” klubunun 9 №-li futzalçısı Zaur Aslanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyun başa çatdıqdan sonra “Rezident.az” klubunun futzalçısı İlkin Aslanlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
17 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Atletiko Baku” – “Bədr Xocalı” matçının 48-ci dəqiqəsində “Atletiko Baku” klubunun 77 №-li futzalçısı Sumray Kazımovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır. Oyun zamanı “Atletiko Baku” klubunun futzalçısı Səid Abbasov hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır.
Oxşar xəbərlər
Futzal komandasına texniki məğlubiyyət verildi
Hakimə qarşı təhqiredici ifadə, sonuncu ümid foulu - AFFA-nın İntizam komitəsi qərarlarını açıqladı
"Neftçi"nin kapitanı tribunadan hakimləri söydü, AFFA cəza verdi
"Hicran"ın baş məşqçisinə ağır cəza
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası