Qvardiola separatçıların siyahısına salındı -ŞOK
"Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola separatçılıqda ittiham olunur.
Sportfm.az xəbər verir ki, o, Kataloniyada referendumun keçirilməsinə kömək etdiyi üçün separatçılar siyahısına daxil edilib.
Siyahı İspaniya polisi tərəfindən tərtib edilib. 46 yaşlı mütəxəssis bu ilin 11 iyununda Kataloniyanın müstəqilliyi haqqında katalon xalqının referendum keçirmə haqqını dəstəkləyən manifesti oxuyub. İspaniya polisinin qənaətinə görə, bununla X. Qvardiola bölgənin müstəqillik tərəfdarlarının səfərbər olmasına təkan verib.
Qeyd edək ki, referendum 1 oktyabr 2017-ci ildə keçirilib. Səsvermənin nəticəsinə əsasən seçkilərdə iştirak edənlərin 90,18%-i bölgənin İspaniyadan ayrılaraq müstəqil olmasını seçib.
Oxşar xəbərlər
Qvardiola “Mançester Siti”də qaldı - RƏSMİ
İnanılmaz nəticəyə imza atan məşqçi danışdı
Xosep Qvardiola 100-ə çatdı
Qvardiola İngiltərədə Kataloniya restoranı açdı - FOTO
Xosep Qvardiola onu nişan verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin




_1694603125.png)










Misli Premyer Liqası