811-ci oyununa çıxdı, qabaqladığı adamdan təbrik aldı
"Arsenal"ın baş məşqçisi Arsen Venqer "Vest Bromviç"lə qarşılaşmada Premyer Liqada məşqçi kimi 811-ci oyununa çıxıb. Fransalı mütəxəssis "Mançester Yunayted"in əfsanəvi məşqçisi Ser Aleks Ferqyussonu qabaqlamaqla mütləq rekorda sahib olub.
Sportfm.az xəbər verir ki, şotland mütəxəssis rekordunu yeniləyən həmkarını təbrik edib.
"Mənim rekordumu geridə qoyan Venqeri alqışlayıram. Bu fantastik nəticəyə nail olmaq üçün məşqçilik işində ən yüksək standartlara cavab vermək tələb olunur. Venqerin yeni rekordunu kiminsə yeniləyəcəyinə şübhə ilə yanaşıram. Arseni "Arsenal" klubu qarşısındakı böyük xidmətləri və möhtəşəm məşqçilik karyerasına görə təbrik edirəm".
68 yaşlı Venqer "topçular"ın baş məşqçisi kimi debüt matçına 1996-cı ildə "Blekburn Rovers"lə oyunla çıxıb.
Oxşar xəbərlər
"Karyeramı başa vurmamışam" - Arsen Venger
Ferqyusonu da keçən olarmış!
"Həmin gündən o kluba nifrət edirəm" - Venqerə görə
Venger Ferqyussonun rekordunu təkrarladı
Arsen Venqer Londonda qalacaqmı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası