reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin iranlı legioneri: Nə olduğunu özüm də bilmədim


Futzal üzrə Yüksək Liqanın 14-cü turu çərçivəsində baş tutan "Neftçi"-"Marafon" matçında birincilərin üzvü Sadiq Cavidin qəfildən özündən getməsi, daha sonra xəstəxanaya aparılması haqqında xəbər vermişdik. İranlı Aparıldığı 1 saylı Bakı şəhər xəstəxanasında özünə gələrək, hərtərəfli həkim müaniyəsindən sonra evə buraxılan iranlı legioner məlum olayla bağlı Sportfm.az saytına açıqlama verdi: "Həmin görüşdən öncə, özümü çox yaxşı hiss edirdim. Meydanda ən çox qaçanlardan biri də mən idim. Bunu oyunu seyr edənlər təsdiq edə bilər. Görüşün sonuna yaxın nə olduğunu özüm də bilmədim. Şükürlər olsun ki, hər şey indi arxada qalıb. Həkimlər mənə bildirdi ki, rahatca yenə top qova bilərəm". Sadiq əvvəllər belə halla üzləşmədiyini də qeyd etdi:"Guya mən əvvəllər də meydanda keçinmişəm. Bu yalandır. Belə bir şey olmayıb. Mən bu hadisədə mənə yaxından dəstək olan "Neftçi" klubunun rəhbərliyinə, komandamızın baş məşqçisi İlqar Aslanova, həkimimizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün narahat olanların qarşısında baş əyirəm. Tezliklə "Neftçi" forması ilə vuracağım qollarla onları sevindirəcəyimə inanıram".

Qeyd edək ki, Sadiq Cavid mövsümün əvvəlində "Yasamal"dan "Neftçi"yə transfer olunub. 

 

 

 

Oxşar xəbərlər

Ötən mövsüm azarkeşlərə qorxulu anlar yaşadan futzalçı "Araz"da
Kapitanın qarşısında baş əyən kapitan, mükafatını almayan Alesio və "yersiz" medallar - QEYD
"Mən Azərbaycana futzal oynamaq üçün gəlmişəm" - Elyas Barati
"Neftçi"nin futzalçısı evə buraxıldı
"Neftçi"nin oyunçusu meydanda özündən getdi - Onu ayıltmaq mümkün olmadı! - ŞOK

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər