Millimizin sabiq futbolçusu sərbəst buraxıldı
Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak azad agent statusu alıb.
Sportfm.az xəbər verir ki, onun formasını geydiyi "Samsunspor" Ufukla yanaşı daha 5 futbolçunu sərbəst buraxıb. Klubun idman direktoru Coşkun Zeren bildirib ki, yanvarın 3-ə kimi mövsümün əvvəlindən məvacibini ala bilməyən komandanın 6 üzvünün dekabrda Türkiyə Futbol Federasiyasına şikayət etdiyini bildirib.
"Yanvarın 3-ə qədər Hasan Hatipoğlu, Çağrı Ortakaya, Kenan Karışık, Ufuk Budak, Abdulkerim Bardakçı və Ömer Kandemirin məvacibini ödəməli idik. Onlar bu gün də məşqə çıxıblar. Məvaciblərini hesaba yatırsaq, məsələni həll edə bilərik. Yanvarın 4-ü daha 2 futbolçu üçün ödəmələrin son müddətidir. Məşqdən sonra onlarla toplantı keçirəcəyik. Problemləri həll edəcəyimizə inanıram" - Zeren deyib.
Qeyd edək ki, Ufuk Budak ilk dövrənin sonlarında zədələnmişdi. O, Almaniyada aldığı müalicənin ardından yanvarın 4-də yüngül qaçışlara başlayıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu "Samsunspor"a jest etdi
Millimizin futbolçusu:"Yaxşı dostluq mühiti var"
Ufuk Budak Azərbaycan Premyer Liqasında - ÖZƏL
Yığmamıza lazım olmayan futbolçu Türkiyə klubu ilə anlaşdı
Yığmamızın üzvü karyerasını "Samsunspor"da davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası