reklam
Ufuk Budak Azərbaycan Premyer Liqasında -
Sportfm.az xəbər saytı

Ufuk Budak Azərbaycan Premyer Liqasında -ÖZƏL


Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budağın azad agent statusu alması haqqında xəbər vermişdik. 

Sportfm.az saytının əldə etdiyi məlumata görə, son klubu "Samsunspor" olan 27 yaşlı oyunçu Azərbaycan Premyer Liqasında peyda ola bilər. Türkiyə klubundan məvacibini ala bilməyən yarımmüdafiəçi ilə "Zirə" maraqlanır. Bir müddət öncə Almaniyada zədəsini sağaldan Budakla anlaşma əldə olunarsa, o "qartallar"la bir illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, U.Budak ötən mövsüm Türkiyənin I liqasında çıxış edən "Manisaspor"da forma geyinib. O, daha əvvəl "Eskişehirspor", "Qaziantep BB" və "Kayserispor"un da şərəfini qoruyub. U.Budak 2011-ci ildə Azərbaycan yığmasına dəvət alıb və indiyə qədər 17 matçda iştirak edib.

 

 

 

Oxşar xəbərlər

Ufuk Budak Türkiyə klubundan ayrıldı - Müqavilə bitdi
Azərbaycan millisinin futbolçusu "Samsunspor"a jest etdi
Millimizin futbolçusu:"Yaxşı dostluq mühiti var"
Millimizin sabiq futbolçusu sərbəst buraxıldı
Yığmamıza lazım olmayan futbolçu Türkiyə klubu ilə anlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər