UEFA: Azərbaycan millisini izləmək çox maraqlıdır
Yanvarın 30-da start götürəcək futzal üzrə Avropa çempionatının favoritləri bəlli olub.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, UEFA Sloveniyada təşkil olunacaq qitə birinciliyinin iştirakçılarının şanslarını dəyərləndirib.
Qitə futbol qurumu çempionluğa əsas namizəd kimi 4 komandanı fərqləndirib: "İndiyədək yalnız 3 komanda yarışın qalibi olub. İspaniya 1996, 2001, 2005, 2007, 2010, 2012, 2016, Rusiya 1999, İtaliya 2003 və 2014-cü illərdə bunu bacarıb. Dünyanın ən yaxşı oyunçusu Rikardinyonun yer aldığı Portuqaliya millisi bu üç komandanın əsas rəqibi ola bilər".
UEFA-nın Azərbaycan millisinə verdiyi qiymət də diqqət çəkir: "Qazaxıstan debüt mövsümündə, Serbiya isə son yarışda yarımfinal həyəcanı yaşayıb. Öz meydanında buna nail olan balkanlıların uğurunu Sloveniya da təkrarlamaq istəyir. Nadir hallarda 1/4 finaldan kənar qalan Ukrayna iki dəfə gümüş medala yiyələnib. Azərbaycan millisini izləmək çox maraqlıdı. Rumıniya yığması bu səviyyədə təcrübəyə malikdi. Polşa 2001-ci ildən sonra ilk dəfə final mərhələsinə yüksəlibsə, Xorvatiyaya şok darmadağın yaşadan Fransa çempionatın debütantıdı".
Qeyd edək ki, Azərbaycan millisi final mərhələsinə D qrupunda başlayacaq. Yığmamız ən titullu komanda - İspaniya və debütant Fransa ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Final mərhələsi iki ölkədə keçiriləcək - AÇ-2026
Avropa çempionatının püşkü atılacaq - Azərbaycan 2-ci səbətdə
Kuboku kim qazanacaq?
25-ci kuboku kim qazanacaq?
İspaniyalı baş məşqçi yığmamızdan ehtiyatlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL









/news/big/i/f/norvegiya-otkazala-rossijskim-konkobezhcam-v-vydache-viz-dlya-uchastiya-v-etape-kubka-mira_1795505876929706783.jpg)





Misli Premyer Liqası