Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin hücumçusu özünə klub tapdı
Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Gənclərbirliyi" klubuna transfer olunub.
Sportfm.az xəbər verir ki, 30 yaşlı forvardla 1,5 illik müqavilə razılaşdırılıb.
Qeyd edək ki, müqavilə ilə "Bursaspor"a məxsus olan Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən "Gənclərbirliyi" 17 turdan sonra 14 xalla 17-ci pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər.
Oxşar xəbərlər
Dəqiqləşdi - yığmamızın futbolçusu Super Liqada çıxış edəcək
Azarkeşlər söydüyü üçün istefa verdi
Millimizin hücumçusu "Beşiktaş"a qarşı oynamayacaq
Millimizin futbolçusu "Bursaspor"un maraq dairəsinə düşdü
Deniz Yılmaz Azərbaycan pasportundan imtina edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası