Millimizin futbolçusu "Bursaspor"un maraq dairəsinə düşdü
"Qarabağ"ın və milli komandamızın futbolçusu Riçard Almeyda Türkiyə "Bursaspor"unun maraq dairəsinə düşüb.
Sportfm.az xəbər verir ki, hazırda 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparılır.
"Timsahlar"ın baş məşqçisi Pol Le Quen klub rəhbərliyindən orta sahənin gücləndirilməsini istəyib. Transfer pəncərəsinin qapanmasına bir neçə gün qalmış bu istiqamətdə çalışmalar gücləndirilib. "Yaşıl-ağlar" ilkin hədəf kimi Hollandiya "Feyenoord"undan 33 yaşlı Kərim əl-Əhmədini hədəfə alıblar. Klub alternativ variant kimi Almeydanı müəyyənləşdirib.
Qeyd edək ki, "Bursaspor" bu yaxınlarda Azərbaycan milli komandasının futbolçuları Deniz Yılmaz və Ozan Can Kökçü ilə yollarını ayırıb. Yılmaz "Gənclərbirliyi"nə transfer olunub, Kökçü isə Hollandiya "Valveyk"inə icarəyə verilib.
Oxşar xəbərlər
Superliqa klubu Namik Ələskərovu istəyir
"Fənərbaxça" AFFA-nın "gözü düşən" futbolçunu almaq istəyir
Millimizin üzvü: ""Bursaspor"un uğurları üçün çalışacağam"
Bəh-bəhlə millimizə gətirilən futbolçu klubuna lazım olmadı
Millimizin hücumçusu özünə klub tapdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xankəndi" qalib gəldi, "Şimal" uduzdu - Birinci Liqa
-
"Uşaqların xarakteri bu gün qələbədə böyük rol oynadı" - Zaur Həşimov
-
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Zirə" minimal hesabla məğlub oldu
-
“Səbail” 5–2 “Şimal” - VİDEO















Misli Premyer Liqası