Ermənistanda danışılmış oyun faktı ilə əlaqədar araşdırmalara başlanıldı
Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan danışılmış oyun faktı ilə əlaqədar ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib.
Sportfm.az saytı report-a istinadən xəbər verir ki, artıq futbol oyunlarının nəticəsinin manipulyasiyası ilə bağlı cinayət işi açılıb. İstintaq Komitəsinin (İK) məsləhətçisi Sona Truzyan məsələ ilə bağlı bildirib ki, MTX işi İK-ya verib: "Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan UEFA-dan hesabat alandan dərhal sonra MTX-yə müraciət edib".
Qeyd edək ki, UEFA ötən il oktyabrın 20-də Ermənistan çempionatının I Divizionunda XII tur çərçivəsində baş tutmuş "Lori" - "Erebuni" görüşünün (5:0) danışılmış olması ilə bağlı hesabat hazırlayıb. Müvafiq sənədlər araşdırlması üçün EFF-yə göndərilib.
Oxşar xəbərlər
“Karvan”a danışılmış oyunlarla bağlı seminar keçirildi
Naxçıvan klubunun üzvləri danışılmış oyunlarla bağlı seminarda
UEFA nümayəndəsi danışılmış oyunlarla bağlı seminar keçirdi
Futbol Federasiyasının sabiq prezidenti həbs olunur
AFFA-da danışılmış oyunlar barədə görüş keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası