reklam
Futbol Federasiyasının sabiq prezidenti həbs olunur
Sportfm.az xəbər saytı

Futbol Federasiyasının sabiq prezidenti həbs olunur


Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyanın adı axtarışda olan şəxslərin siyahısına salınıb.

Sportfm.az xəbər verir ki, bu barədə 57 yaşlı funksionerin vəkili Amran Makinyan özünün "Facebook" səhifəsində yazıb.

O bildirib ki, müvəkkilinin yeri məlum olsa da, Ermənistan İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi mayın 26-da Ayrapetyanla bağlı bu cür qərar verib. Vəkilin fikrincə, bu ilin martından səhhəti ilə bağlı ölkə xaricində müalicə alan iş adamının Ermənistana qayıtması üçün həllolunmaz maneələr mövcuddur.

Artıq Ayrapetyan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə ərizə təqdim edilib.

Qeyd edək ki, Ruben Ayrapetyanla oğlu özbaşınalıq, qəsdən və qanunsuz azadlıqdan məhrumetmə, qəsb və insan sağlamlığına zərərvurmada ittiham olunurlar. 

Oxşar xəbərlər

Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi - QƏRAR
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi
Futbol Federasiyası prezidentinin axtarışları dayandırıldı - Ermənistanda
Qətl törədən azərbaycanlı idmançı ilə bağlı qərar verildi - Ukraynada
Ermənistanda danışılmış oyun faktı ilə əlaqədar araşdırmalara başlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər