Azərbaycan - İran: kim necə oynadı? -Dəyərləndirmə
Futzal üzrə yığma komandamız Sloveniyada keçiriləcək Avropa Çempionatının hazırlıqları çərçivəsində İranla iki yoxlama matçında qüvvəsini sınadı.
Sportfm.az saytı xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva yığmanın düşərgəsinə çağırdığı futzalçılardan bir nəfər(Anar Məmmədov) istisna olmaqla, hər kəşə şans verdi. İlk oyundan 3:3-lük bərabərliklə ayrılan millimiz, ikinci matçda rəqibə 1:4 hesabı ilə məğlub oldu. Bəs yığmamızın heyətində meydana çıxan futzalçılar İrana qarşı necə oynadılar? Bu suala aydınlıq gətirmək üçün qonşu ölkənin yığmasına qarşı mübarizə aparan oyunçularımızı dəyərləndirməyi qərara aldıq. Kimlər meydanda özünü yaxşı tərəfdən göstərə bildi? Hansı futzalçılarımız öz oyunu ilə önə çıxdı?
Rövşən Hüseynli - Qapıçı əsas heyətdə yer aldığı ilk oyunda xırda səhvləri nəzərə almasaq, normal çıxış etdi. Çərçivə qoruyucusunun əsas problemi səviyyəsini artıra bilməməsidir. Buna səbəb isə onun qapıçı məşqçisi ilə çalışmaması və şərəfini qoruduğu "Araz"da rəqabətin olmamasıdır.
Emin Kürdov - İrana məğlub olduğumuz ikinci oyunda sona qədər qapını qoruyan təcrübəli futzalçının buraxılan ilk qolda aşkar səhvi vardı. Ümumilikdə isə pis təsir bağışlamadı. Bəzi məqamlarda təcrübəsini "işə saldı".
Edu - Hər iki qarşılaşmada həmişə olduğu kimi çox hərəkətli görünürdü. Öz oyununu nümayiş etdirdi. Faydalı idi.
Ramiz Çovdarov - Özünü göstərmək üçün çox çalışırdı, ancaq effektli deyildi. Buna səbəb isə beynəlxalq oyun təcrübəsinin azlığıdır.
Vassuro - Millimizin heyətində ən yaxşılardan biri idi. Hiss olunur ki, hazırda yığmamızı arxasınca daşıya biləcək futzalçı məhz Vassurodur. Braziliyalı daha yaxşı oynamağa qadirdir.
Vitali Borisov - Təcrübəsinin hesabına az səhvlə oynadı, ancaq tam hazır olmadığı sezilirdi.
Gallo - Potensialından aşağı çıxış etdi, hiss olunurdu ki, zədədən sonra hələ də tam özünə gələ bilməyib.
Rizvan Fərzəliyev - Rəqibin sürətli oyunçularının qarşısını ala bilmirdi. Yaş öz sözünü deyir. Kapitan heyətdə ən zəiflərdən biri idi.
Fineo - Braziliyalı yığmanın düşərgəsinə həddindən artıq hazırlıqsız gəlib. Hiss olunur ki, çoxdan məşq etmir. Adi ötürmələri belə düzgün verə bilmirdi.
İsa Atayev - Meydanda az olmasına baxmayaraq, parlaq çıxışı ilə yadda qaldı. Ondan tələb olunan hər şeyi etdi. Qol vurdu, qapıya daim zərbələr endirdi. Ona verilən şansdan istifadə etdi.
Samir Həmzəyev - Parket üzərində çalışqanlığı ilə seçilirdi, ancaq konkret epizodlarda təcrübəsiz olduğu üzə çıxırdı. Topa yaxşı "ilişə" bilmirdi.
Xətai Bağırov - Öz oyununu oynaya bilmədi, əslində yüksək səviyyədə oynaya biləcək futzalçıdır. Sadəcə baş məşqçi ona çox az şans verdi. Bu gedişlə Xətai "paslanacaq".
Namiq Məmmədkərimov - Onun nə vəziyyətdə olduğunu bilmək üçün gərək heç olmasa 4-5 dəqiqə meydan olaydı. Əslində, Namiqin təcrübəsindən lazımi şəkildə istifadə etmək olardı. Hər halda böyük təcrübəsi var.
Nihad İsmayılov(meydanda cəmi 14 saniyə qaldığı üçün dəyərləndirmədə rəy bildirilmədi)
Araz Əhmədov
Qeyd: Dəyərləndirmə futzal veteranlarının və mütəxəssislərin rəyləri əsasında hazırlanıb.
Oxşar xəbərlər
"Araz" niyə uduzmalıydı, yaxud Alesionun kəsdiyi ağac - Uğursuzluğa sözardı
EKOL-un iki oyunçusu "Araz"ın heyətində
Azərbaycanın futzal millisi Avropa çempionatına Bakıda hazırlaşacaq
Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL
Alesio da Silva: “Turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası