reklam
Sportfm.az xəbər saytı

"Araz" niyə uduzmalıydı, yaxud Alesionun kəsdiyi ağac -Uğursuzluğa sözardı


Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” klubu mübarizəni qrup mərhələsində dayandırdı. Təmsilçimiz mötəbər turnirdə cəmi 1 xal qazanmaqla ümidlərimizi puç etdi. Bəs necə olur ki, bir müddət öncə adı Avropanın ən yaxşı komandaları sırasında çəkilən Naxçıvan təmsilçisi Malta klubu ilə bacamır, Slovakiya təmsilçisindən 5 qol "yeyir", Litva "Viyts"inə yenilir? Böyük əksəriyyət "Araz"ın uğursuz çıxışının səbəbini heyətdə legionerlərin olmamasına bağlayır. Bu həqiqətənmi belədi? Axı çempionun heyətində milli komandamızın şərəfini qoruyan xeyli sayda oyunçu yer alır. Bu gün Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov və digərləri Azərbaycan futzalında "söz sahibi" olan oyunçulardı. Doğurdanmı onlar braziliyalılar olmadan uğur qazana bilmir?

Əslində bizim futzalımız uzun illərdir bu nəticələri "əldə etməyə" doğru irəliləyir. Gec-tez bununla barışmalı olacaqdıq, sadəcə vaxta ehtiyac vardı. Bu günlərin gələcəyini Amadeonu, Tveryankini, Serjaonu, Bironu oynadıb, özümüzünkülərə bir dəqiqə belə şans verməyəndə düşünmək lazım idi. 10 ilə yaxındır ki, azərbaycanlı futzalçılar yığmamızın heyətində oynamağa sözün əsl mənasında həsrət qalıblar. Rizvan Fərzəliyev və Rövşən Hüseynlini çıxmaq şərtilə digərlərinin millinin heyətində meydanda keçirdikləri dəqiqələri yazmağa adamın əli gəlmir. Son dövrlər daim qızıl medalları qazanan "Araz"da eyni tendensiya illərdir davam edir. Komanda çempion olur, avrokuboklara yollanır, meydana yalnız braziliyalılar çıxırdı. Və budur - Azərbaycan idmanına xas olan cəhət gez-tez futzalımıza da gəlib çıxır, pul qurtarır, əcnəbilər daha yaxşı pul verilən yerlərə yollanır, ümid qalır yerlilərə. Onların isə beynəlxalq oyun təcrübəsi sıfır səviyyəsində, klubdakı rəqabət isə yox dərəcəsində.

Son məğlubiyyətlərdən sonra milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva geninə-boluna müsahibələr verir, heyətin kasadlığından, rəqiblərin gücündən danışır. Braziliyalı bilir ki, ondan nəticə istəyən olsa, deməyə sözü var. Alesio futzalımızı əlindəki görünməz balta ilə illərdir baltalayır. O, legionerlərin olmadığı "Araz"da nəyə lazımdı? Son çempionatda, cənubi amerikalı "Marafon"u çalışdıran Elşad Quliyevin əlində girinc qalmışdı. Futzal üzrə Yüksək Liqanın ən yaxşı məşqçisi seçilən Quliyev indi hardadır? Yenə eyni durum. Futzalçılarımıza qarşı münasibət necədirsə, məşqçilərimizə qarşı münasibət də eynidir. Davam edir, davam edin...

 

Oxşar xəbərlər

EKOL-un iki oyunçusu "Araz"ın heyətində
Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"? - QEYD
"Araz"da daha iki ayrılıq - ÖZƏL
Azərbaycan - İran: kim necə oynadı? - Dəyərləndirmə
Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər