Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Uelsin baş məşqçisi postundan gedəcəyi tarixi açıqladı
Uels millisini tarixində ilk dəfə Avropa çempionatına çıxaran Kris Koluman 2018-ci ildə tutduğu postdan gedəcəyini açıqlayıb. Goal.az xəbər verir ki, gənc mütəxəsis Rusiya mundialına vəsiqə qazanmağın qərarına təsir etməyəcəyini vurğulayıb. "Əminəm ki, 2018 DÇ millinin baş məşqçisi kimi son təcrübəm olacaq. Təsnifat mərhələsini keçib-keçməməyin fərqi yoxdur. Həmin vaxta kimi bu vəzifədə 6-7 ilim tamam olacaq. Bu isə kifayət qədər sanballı müddətdir. Komandanın uğur qazanması üçün əlimdən gələni edəcəm. Buna qadirik" - Koluman deyib. Qeyd edək ki, 2018 DÇ seçmə mərhələsində Uels Avstriya, Serbiya, İrlandiya, Gürcüstan və Moldova ilə eyni qrupda yer alacaq.
Oxşar xəbərlər
"Azarkeşlər ancaq "Kəpəz"i fikirləşsinlər" - "Kəpəz"in yeni baş məşqçisi
Kosovanı yenərək Dünya Çempionatına vəsiqə qazandılar - DÇ-2018
"İnter"in sabiq futbolçusu yığma komandanın baş məşqçisi oldu
İtaliya və İspaniya üz-üzə, Türkiyə Ukraynaya qarşı - YENİLƏNİR
Nigeriya futbol tarixinə düşən mütəxəsis vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası