Milli komandanın məşqçi heyətinə yeni təyinatlar oldu
Fevralın 13-də Azərbaycan Milli Karate Federasiyasında (AMKF) idarə heyətinin və böyüklərdən ibarət milli komandaların üzvlərinin, məşqçilərin iştirakı ilə iclas keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda gündəlikdəki məsələlər barədə müzakirələr aparıldıqdan sonra müvafiq qərarlar qəbul edilib, böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub.
AMKF-nin idarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunublar. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.
Bu barədə qərarlar federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə görüşündə elan olunub.
Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyətini və milli komandanın üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha səmərəli fəaliyyətin vacibliyini vurğulayıb.
Baş məşqçi vəzifəsinin icrasına başlayan Əməkdar Məşqçi Şahin Xudaverdiyev göstərilən etimada görə təşəkkürünü bildirərək, yüksək nailiyyətlər qazanmaq uğrunda bundan sonra da var qüvvəsi ilə çalışacağını söyləyib. Yığıncaqda, həmçinin milli komandanın 2018-ci il ərzində keçiriləcək nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətin gücləndirilməsi və digər öhdəliklər müzakirə olunub.
Sonda fevralın 14-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək “Premyer Liqa 1” turnirində iştirak üçün yola düşəcək idmançılara tövsiyələr verilib və qərarlar qəbul olunub.
Oxşar xəbərlər
Milliyə 21 idmançı dəvət olundu - SİYAHI
Taekvondo yığmalarımızda baş məşqçi dəyişikliyi - Təyinat
Millimizdə yeni baş məşqçi - RƏSMİ
Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər
Yaşar Bəşirov karateçilərimizlə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası