Velosiped yığmamız mövsümdə ilk qələbəsini qazandı
Ölkəmizin şose velosipedi üzrə “Synergy Baku Cycling Project” kontinental komandası 2018-ci ildə ilk uğuruna imza atıb.
Türkiyədə keçirilən birgünlük Alanya Qran-Prisi elit yığmamızın və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 175 kilometrdən ibarət 1.2 kateqoriyalı yarışında ümumilikdə 21 komanda iştirak edib.
Alanya Qran-Prisində Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Aleksandr Polivadadan ibarət heyətlə mübarizə aparan “Synergy Baku”nun əla komanda işinin nəticəsi olaraq Kiril Pozdnyakov məsafəni 4 saat, 3 dəqiqə, 42 saniyəyə başa vurub və ən yaxın izləyicisini 1 dəqiqə, 20 saniyə qabaqlamaqla “solo-finiş” edib. Bu qalibiyyət velosipedçimizə, həmçinin 40 reytinq xalı da qazandırıb. Bundan başqa, finişi 4-cü keçən Polivada komandamızın aktivinə daha 20 xal əlavə edib.
Qeyd edək ki, “Synergy Baku”nu həftəsonu Türkiyədə keçiriləcək daha bir yarış gözləyir. Velosipedçilərimiz fevralın 22-25-də təşkil olunacaq 2.2 kateqoriyalı 4 mərhələdən ibarət Antalya Turunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Beynəlxalq Velosipedçilər İttifaqının veloturuna yekun vuruldu
Kiril Moskvada bizim üçün qazandı
Qalibdən geri qaldı, medal qazandı
“Synergy Baku” komandası Side Qran-Prisinin ən yaxşısı oldu
"Synergy Baku”dan mövsümdə ilk qalibiyyət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası