“Synergy Baku” komandası Side Qran-Prisinin ən yaxşısı oldu
Türkiyənin Side bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Side Qran-Prisi keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibliyindən Sportfm.az saytına verilən məlumata görə, birgünlük yarış "Synergy Baku" kontinental komandamız üçün uğurlu alınıb.
Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəyə Samir Cəbrayılov imza atıb. Əla komanda işinin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir 184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb.
Oxşar xəbərlər
Beynəlxalq Velosipedçilər İttifaqının veloturuna yekun vuruldu
Kiril Moskvada bizim üçün qazandı
Qalibdən geri qaldı, medal qazandı
Velosiped yığmamız mövsümdə ilk qələbəsini qazandı
"Synergy Baku”dan mövsümdə ilk qalibiyyət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası