reklam
Kiril Moskvada bizim üçün qazandı
Sportfm.az xəbər saytı

Kiril Moskvada bizim üçün qazandı


Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturuna yekun vurulub.

Sportfm.az xəbər verir ki, ümumilikdə 23 kollektivin mübarizə apardığı yarışın sonuncu, 4-cü mərhələsi Elit yığmamız və “Synergy Baku” kontinental komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.

122 km-lik mərhələni 3 saat, 1 dəqiqə, 40 saniyəyə başa vurmaqla hamını qabaqlayan təmsilçimiz, bununla da 4 mərhələnin yekununa əsasən ümumi təsnifatda qalibdən 43 saniyə geri qalmaqla 2-ci yeri tutub. Xatırladaq ki, Pozdnyakov yarışın 1-ci mərhələsində finişi 3-cü keçmişdi.

"Synergy Baku" Rusiya paytaxtında Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə təmsil olunub.

Oxşar xəbərlər

Beynəlxalq Velosipedçilər İttifaqının veloturuna yekun vuruldu
Qalibdən geri qaldı, medal qazandı
“Synergy Baku” komandası Side Qran-Prisinin ən yaxşısı oldu
Velosiped yığmamız mövsümdə ilk qələbəsini qazandı
"Synergy Baku”dan mövsümdə ilk qalibiyyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər