Rusiyalı idmançının dopinqdən yararlandığı təsdiqləndi
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanan rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi də müsbət nəticə verib.
Sportfm.az saytının məlumatına görə, A nümunəsində də dopinq aşarkarlanan idmançının ikinci nümunəsi bu gün səhər saatlarında Seuldakı Anti-Dopinq Laboratoriyasında açılıb. İdmançının B nümunəsində də meldonium maddəsi aşkarlanıb.
Olimpiadada Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar. Kişi körlinqçinin dopinq-testinin müsbət nəticə verməsi üzündən Rusiya Pxençxan-2018-də qazandığı ilk medaldan məhrum edilə bilər.
Oxşar xəbərlər
Olimpiya medalları əl dəyişdirə bilər
Rusiyalı olimpiyaçıların medalları əllərindən alındı - Dopinqə görə
Olimpiya oyunlarında ilk dopinq qalmaqalı
İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv etdi
Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi















Misli Premyer Liqası