reklam
Rusiyalı olimpiyaçıların medalları əllərindən alındı -
Sportfm.az xəbər saytı

Rusiyalı olimpiyaçıların medalları əllərindən alındı -Dopinqə görə


İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı kerlinqçilər Anastasiya Brızqalova və Aleksandr Kruşelnitskini 2018-ci il Olimpiadasının bürünc medallarından məhrum edib.

Sportfm.az xəbər verir ki, Kruşelnitski antidopinq qaydalarını pozduğuna görə CAS bu cütlüyün 2018-ci il olimpiadasında göstərdiyi nəticəni ləğv edib. Pxençxanda Olimpiya Oyunları dövründə Kruşelnitskinin dopinq yoxlamasının nəticəsi müsbət olub.

Məhkəmə Kruşelnitskinin Olimpiya Oyunları dövründə yarışlardan kənarlaşdırılması barədə qərar çıxarıb. İdmançı məhkəmənin bu qərarı ilə razılaşıb, eyni zamanda Oyunlar başa çatandan sonra diskvalifikasiya müddətinin ləğv edilməsi və ya azaldılması üçün müraciət etmək hüququnu saxlayıb.

Fevralın 22-də CAS-ın səyyar briqadası bu məsələ ilə əlaqədar dinləmə keçirməli idi, lakin tərəflərin yazılı xahişinə əsasən həmin dinləmə ləğv edilib.

 

Oxşar xəbərlər

Rusiyalı idmançı diskvalifikasiya edildi - 4 il müddətinə
Rusiyalı idmançılar diskvalifikasiya olundular
Olimpiya medalları əl dəyişdirə bilər
Rusiyalı idmançının dopinqdən yararlandığı təsdiqləndi
İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər