reklam
Olimpiya medalları əl dəyişdirə bilər
Sportfm.az xəbər saytı

Olimpiya medalları əl dəyişdirə bilər


Pxençan Olimpiadasında kerlinq idmanının qoşa yarışlarında rusiyalı idmançılar Aleksandr Kruşelnitski ilə Anastasiya Brızqalovanın qazandıqları və daha sonra onların əlindən alınan bürünc medalları Oyunların sonuna qədər Norveç kerlinqçilərinə təqdim etmək planlaşdırılır. 

Sportfm.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kommunikasiyalar üzrə direktoru Mark Adams bəyan edib.

A.Kruşelnitski və A.Brızqalova qoşa yarışlarda turnirin bürünc mükafatını qazanıblar, amma sonra Kruşelnitskinin dopinq-testi müsbət nəticə verib. İdmançıdan götürülən hər iki nümunədə meldoni aşkar edilib. İdman Arbitraj Məhkəməsi (CAS) bürünc mükafat uğrunda Norveç komandasına qalib gələn rusiyalı duetin nəticələrini fevralın 22-də ləğv edib.

Oxşar xəbərlər

Rusiyanın üzvlüyü bərpa olundu
Rusiyalı olimpiyaçıların medalları əllərindən alındı - Dopinqə görə
Rusiyalı idmançının dopinqdən yararlandığı təsdiqləndi
İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv etdi
Rusiya iki Olimpiya medalını itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər