Avstriyalılar "Neftçi"nin verdiyi pulu verə bilməyib! -Seqoviyaya
Qış transfer dönəminin son günlərində "Neftçi"dən ayrılaraq Hindistana yollanan Daniel Seqoviyanın Avropada qalmaq variantı da olub.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, ispaniyalı forvard yeni klubu "Benqaluru"dan əvvəl Avstriyanın "Blau-Vays Lints" komandasından təklif alıb.
Lints təmsilçisinin idman direktoru David Vimleytner 33 yaşlı forvardla maraqlandıqlarını təsdiqləsə də, keçidin baş tutmamasının səbəbi kimi maliyyə məsələsini göstərib. Belə ki, o, Seqoviyanın maaşını qarşılamaq iqtidarında olmadıqlarını vurğulayıb:
"Biz Seqoviyaya əvvəlki klubunda ("Neftçi"də) qazandığı maaşı yalnız yaza qədər ödəyə bilərdik. Yəni bu şərtlər altında onunla uzunmüddətli müqavilə imzalamağımız mümkün deyildi. Bu səbəbdən keçiddən imtina etməli olduq".
Qeyd edək ki, "Neftçi"yə ötən ilin qış fasiləsində Avstriyanın "Sankt-Pyolten" klubundan keçən Daniel Seqoviya paytaxt təmsilçisinin heyətində 19 oyunda 7 qol vurub.
Oxşar xəbərlər
Emin Mahmudov “Neftçi”dən ayrılır - Azərbaycanda qalmaq istəmir
"Qəbələ"də braziliyalı hücumçu - İcarə
Azərbaycan çempionatını Hindistana dəyişdi - FOTO
Tərlan Əhmədov daha üç futbolçunu göndərir
İspaniyalı hücumçu “Neftçi”də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası