reklam
Emin Mahmudov “Neftçi”dən ayrılır -
Sportfm.az xəbər saytı

Emin Mahmudov “Neftçi”dən ayrılır -Azərbaycanda qalmaq istəmir


Emin Mahmudov “Neftçi”də son aylarını keçirir. Komandanın kapitanı yeni mövsümə Azərbaycanda başlamayacaq.

Sportfm.az xəbər verir ki, millimizin yarımmüdafiəçisinin son anda qərarını dəyişməsi mümkündür. Lakin hazırkı vəziyyətdə o, qərarını 99 faiz verib və “Neftçi” ilə yeni müqavilə bağlamayacaq.

Eminin “Neftçi”dən ayrılmasının səbəbi maliyyə məsələləri ilə bağlı deyil. Klub ona kifayət qədər yaxşı müqavilə təklif edib. Mahmudov isə maliyyə məsələlərini müzakirə belə etmək istəmir. Onun niyyəti maaşını qaldırmaq deyil, yarımmüdafiəçi ailəsinin gələcəyini düşünür. Övladlarının yaxşı təhsil alması üçün o, tezliklə daimi yaşayacağı ölkəni seçmək istəyir. Mahmudov övladlarının onun karyerasın üzündən tez-tez ölkə, deməli, həm də məktəb dəyişməsini istəmir.

Mahmudovun “Neftçi” ilə müqavilə barəsində də söhbəti olub. O, bakılıların razılaşmayacağı fantastik məbləğ istəyib. Elə bir məbləğ ki, hazırda ölkədə heç bir yerli futbolçu hətta bunun yarısını da almır. Eminin belə tələbinin səbəbi ondan imtina olunmasını istəməsidir. Belədə yarımmüdafiəçi Azərbaycanı əlavə bəhanə ilə tərk edəcək.(futbolinfo)

Oxşar xəbərlər

"Emin Mahmudov ən çox maaş alan futbolçu olacaq” - "Neftçi"nin prezidenti
Emin Mahmudov "Neftçi"ni tərk etmək istəyir! - Səbəb isə...
Emin Mahmudov “Neftçi” ilə davam edəcək - Razılaşma
Emin Mahmudov Şotlandiyaya gedəcək - Xarici mətbuat
Kapitandan yubiley qolu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər