Alvesə ilk cavab:Boş-boş danışmağa gərək yoxdur
"Nitsa" klubunun hücumçusu Mario Balotelli PSG-nin müdafiəçisi Dani Alveşi tənqid edib.
Sportfm.az xəbər verir ki, Mario braziliyalının Davide Astorinin vəfatı ilə bağlı açıqlamasına münasibət bildirib.
"Onun dedikləri heç kimə lazım deyil. Alveş sadəcə başsağlığı verib keçməli idi, boş-boş danışmağa gərək yox idi. Kiminsə ölümünə aid belə açıqlama verməməlisən. Astori yaxşı, alicənab oğlan idi. Milli komandada birlikdə oynadığımız üçün onu tanıyırdım. Təəssüf ki, onun dəfn mərasiminə gedə bilmədim, çünki məşq vardı. Yoxsa maşına oturub gedərdim. Futbolçular ayda bir neçə dəfə müayinədən keçsə də, belə hadisələr baş verir. İnsan dəhşətə gəlir. Astori yaxşı görünürdü, amma yataqda öldü"- Balotelli deyib.
Dani Alveş italyan müdafiəçinin vəfatı barədə danışarkən : "Onun ölümünə görə üzgünəm. Amma dünyada hər gün minlərlə uşaq ölümü diqqətdən kənar qalır. Onların ölümü də vacibdir" - demişdi.
Oxşar xəbərlər
Dani Alveşi doqquz il həbs gözləyir - CƏZA
"Messi bizə hörmətsizlik etdi" - Dani Alveş
Astori məşq bazası - FOTO
Dediyi sözlərə görə üzr istədi
Dani Alveşdən gözlənilməz açıqlama: "Astorinin ölümünə üzülmədim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin




.jpg)










Misli Premyer Liqası