Dediyi sözlərə görə üzr istədi
Fransanın PSJ klubunun müdafiəçisi Daniel Alves İtaliya millisinin və "Fiorentina"nın futbolçusu Davide Astorinin ölümü barədə dediklərinə görə üzr istəyib.
Sportfm.az xəbər verir ki, braziliyalı futbolçu Astorinin ölümü barədə mətbuata açıqlama verərkən onu yaxşı tanımadığını, hər gün acından ölən minlərlə uşağa da diqqət ayırmağın vacib olduğunu dilə gətirmişdi. Bu üzdən o, sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilmişdi. Bu üzdən də Alves "Twitter"dəki hesabından açıqlama yaymaqla üzr istəmək məcburiyyətində qalıb:"Mən heç kimi incitmək istəməmişəm. Biz elə bir dünyada yaşayırıq ki, hər kəsə tənqidi yanaşmaq lazımdı. İstənilən halda, kimisə incitmişəmsə, üzr istəyirəm".(komanda.az)
Oxşar xəbərlər
Alveş daha bir titula sahib oldu
Buffon qayıtmasının səbəbini açıqladı
Alvesə ilk cavab: Boş-boş danışmağa gərək yoxdur
Astorinin ölüm səbəbi məlum oldu - Bradiaritmii
Dani Alveşdən gözlənilməz açıqlama: "Astorinin ölümünə üzülmədim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası