Sprinter Nurullayev, "qoçu" iranlı və ən güclü Tyaqo -20-ci turdan məqamlar
Ötən gün futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçirildi. Sportfm.az saytı tur çərçivəsində keçirilən oyunlar zamanı baş verən maraqlı məqamları oxucuların diqqətinə çatdırır:
Bakı İdman Sarayının “buz bağlayan” soyuq zalında ilk qarşılaşmada “Xəmsə” ilə EKOL üz-üzə gəlirdi. Mövsüm başlayandan autsayder statusu ilə barışacağı bəlli olan "Xəmsə" fasiləyə qədər "dişli" təsir bağışlayırdı. Qış fasiləsində iki aparıcı oyunçusunu itirən komanda sözün həqiqi mənasında "qapazaltına" çevrildi. EKOL-la görüşdə bunun bir daha şahidi olduq. Həvəskar futzalçıların toplandığı komanda Yüksək Liqanın adına xələl gətirməkdə davam edir. Məşqin nə olduğunu bilməyən "Xəmsə"nin üzvləri nizam-intizam sarıdan da aşkar axsayır. 20-ci turun ikinci görüşü “Yasamal” və “İtaldizain” arasında baş tutdu. Bu matç canlı yayımlansa da, meydanda olan oyunçular onlara tuşlanan kameralara məhəl qoymayaraq bir-birlərini təhqir etməkdən çəkinmirdilər. Bunun bariz nümunəsi kimi hakimin "İtaldizain" komandasının üzvünə qırmızı vərəqə göstərməsini və "Yasamal"ın direktoru Orxan Allahverdiyevi ehtiyat oyunçular skamyasından uzaqlaşdırılmasını göstərmək olar. Bu epizodun davamında klub rəsmisinin meydandan çıxmasını gözləyən(qaydalara görə elə olmalıdır) baş hakim Yusif Nurullayevin “gözlə” işarəsinə məhəl qoymayan digər hakim Ramil Namazov böyük səhvə yol verdi. Autdan topu oyuna daxil edən “Yasamal” komandasının üzvünü gözlətmək əvəzinə(qaydalara görə, digər hakim meydana dönmədən oyunu başlatmaq olmaz)oyunu başlatdı. “Yasamal” hücuma keçdikdə isə meydana qayıtmağa çalışan Nurullayev sprinter sürəti ilə özünü epizoda çatdırmaq istədi. Bu məqam çox maraqlı görüntü yarandı. Yusif bəy epizod arxada qaldıqdan sonra həmkarına irad bildirməyi də unutmadı.

Matçın gedişində "İtaldizain"ın ehtiyat skamyasına doğru şığıyan "Yasamal"ın iranlı legioneri Mortoza Cahandostu 3-cü hakim durdurmasaydı, futzalda daha bir qanqaraldıcı insidentin şahidi olacaqdıq. Gənc futzalçı onu qarşı tərəfdən kiminsə söydüyünü iddia edərək, haqq-hesab çürütmək istəyirdi.

Görüş ərzində yaşanan daha bir maraqlı məqam "Yasamal"ın əsas qapıçısı zədə aldıqda ona müdaxilə edən Esmiralda Ələkbərova kənara futzalçının dəyişdirilməsini işarə etməsi ilə bağlı idi. Onun işarəsinə məhəl qoyulmadığını görən Esmiralda xanım klub rəsmilərinə "eşitmirsiniz, deyirəm dəyişdirin, durub baxırsınız" deyərək, sitəm etdi.

Günün son qarşılaşması pis günlərini yaşayan "Neftçi" İK ilə lider "Araz" arasında baş tutdu. Ən maraqlısı odur ki, nədənsə CBC SPORT yüksək intriqalı bu matçı qoyaraq, başqa qarşılaşmanı yayımlamağı lazım bilmişdi. Mövsümün davam etdiyi bir zamanda(transfer pəncərəsi rəsmən bağlıdır) heyətində iki yeni iranlı futzalçı peyda olan "Neftçi" hesabda məğlub duruma düşsə də, irəli getmirdi. Sanki komanda böyük hesabla məğlub olacağından ehtiyatlanırdı. Qarşılaşma "Araz"ın üstünlüyü ilə davam edərkən "Neftçi"nin baş məşqçisi İlqar Aslanovun yetirmələrinə "getmə, getmə" deməsi, açıq-aşkar eşidilirdi. Stresli keçən oyunda braziliyalı Tyaqo qol vuran zaman rəqibin ehtiyat oyunçular skamyasına doğru qışqıraraq sanki "mən ən güclüyəm" demək istəyirdi. Sonda o ən güclü olduğunu sübut etdi.
Oxşar xəbərlər
"İtaldizain" və "Araz" qələbə qazandı -
Futzal: Qışqıran Edu, qucaqda daşınan Mehran və yaralanan Məmmədov
EKOL darmadağınla qalib gəldi, "Araz" və "İtaldizain" 3 xal qazandı
"Neftçi" və "Araz" qalib gəldi, "Yasamal" məğlub oldu
"Yasamal" və "Xəmsə" məğlub oldu, lider xal itirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası