reklam
FIFA yunanlara səsləndi:
Sportfm.az xəbər saytı

FIFA yunanlara səsləndi:Qovacağıq


FIFA Yunanıstan hakimiyyət orqanlarını futbolda nizam-intizam yaratmağa çağırıb. Əks halda, ali futbol qurumu Yunanıstan Futbol Federasiyasına sanksiyalar tətbiq edilə bilər.

Sportfm.az xəbər verir ki, təşkilat bu yaxınlarda Yunanıstanda baş verən toqquşmaları pisləyib və hakimiyyət orqanlarını buna oxşar vəziyyətlərə son qoymağa çağırıb.

FIFA Yunanıstan Futbol Federasiyasına “əgər əlaqədar orqanlar zorakılığın bütün növlərinin aradan qaldırılmasına dair lazımi tədbirlər görməsə və yarışların keçirilməsinə zəmanət verməsə” bütün beynəlxalq yarışlardan ölkənin uzaqlaşdırılacağı barədə xəbərdarlıq edib.

FIFA-nın nəzarət komitəsi Yunanıstan çempionatının dayandırılması və ölkə futbolunda baş verən hadisələri izləmək barədə hökumətin qərarını nəzərə alıb.

Xatırladaq ki, fevralın 5-də “Olimpiakos”un fanatları komandanın məğlubiyyətindən sonra toqquşma yaradıblar. Nəticədə, 3 xaldan məhrum edilən kluba iki oyunu tamaşaçılarsız keçirmək tapşırılıb.

Fevralın 26-da PAOK-“Olimpiakos” qarşılaşması qonaqların məşqçisinə kassa lenti rulonunun atılması səbəbindən dayandırılıb. PAOK klubunun hesabından 3 xal silinib.

Martın 11-də PAOK-un prezidenti İvan Savvidi AEK komandası ilə oyun zamanı əlində tapança meydana çıxaraq hakimi hədələyib. Hazırda Yunanıstan çempionatı müəyyən olunmayan müddətə dayandırılıb. Yunanıstan polisi Savvidinin tutulmasına order versə də, hələ ki, onu tapa bilmirlər.

Oxşar xəbərlər

Azərbaycanlı hakim Yunanıstan çempionatında xəsarət aldı
Hakimlərimiz "Panatinaikos" - PAOK oyununu idarə edəcək
PAOK klubunun prezidentinə 3 illik cəza verildi
İcazəsi olsa da, həbs edildi - Klub prezidenti
Yaşıl meydana silahla çıxdı, FİFA-nın qəzəbinə tuş gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər