Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
PAOK klubunun prezidentinə 3 illik cəza verildi
Yunanıstanın PAOK klubunun prezidenti İvan Savvidiyə 3 il futbol matçı izləmək qadağan edilib.
Sportfm.az xəbər verir ki, səbəb klub prezidentinin PAOK və AEK arasındakı Yunanıstan çempionatının oyunu zamanı meydana silahla daxil olmasıdır.
O, qarşılaşmanın son dəqiqələrində hakimin verdiyi qərara etiraz etmək üçün bu addımı atıb. PAOK oyunun son dəqiqələrində qol vursa da, referi oyundankənar vəziyyətə görə onu qeydə almayıb.
Hadisə ilə əlaqədar Yunanıstan çempionatında fasilə yaranıb. Çempionat oyunları martın 31-dən bərpa ediləcək. (report.az)
Oxşar xəbərlər
Azərbaycanlı hakim Yunanıstan çempionatında xəsarət aldı
Hakimlər Komitəsinin önəmli qərarı: Prinsipial matç əcnəbi hakimə həvalə edildi
FIFA yunanlara səsləndi: Qovacağıq
İcazəsi olsa da, həbs edildi - Klub prezidenti
Yaşıl meydana silahla çıxdı, FİFA-nın qəzəbinə tuş gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası