Bakıya gəlmiş klub rəsmisi hava limanında saxlanıldı! -Problem
İspaniyanın "Atletiko" Madrid klubu Rusiyada böyük çətinliklə üzləşib.
Sportfm.az xəbər verir ki, Avropa Liqasının 1/8 finalında Moskvanın "Lokomotiv" klubu ilə cavab görüşü üçün Rusiyaya gələn Madrid klubunun icraçı direktoru Anxel Hil gecəni hava limanında qalmalı olub. Buna səbəb onun pasportunu itirməsidir. Hadisə ilə bağlı dindirilən klub rəsmisi pasportunu harda itirdiyini xatırlamadığını bildirib. Artıq təyyarənin içi axtarılıb. Ancaq orda Anxelin sənədinə rast gəlinməyib. Hazırda onun pasportunun Madrid aeroportunda itirilməsi ehtimalı üzərində dayanılır.
Qeyd edək ki, "Lokomotiv" - "Atletiko" görüşü sabah baş tutacaq. Anxel Hil "Atletiko" ilə birgə Bakıya da səfər edib.
Oxşar xəbərlər
"Barselona"ya intizam işi açıldı - Qrizmana görə
Sən demə klub prezidenti fırıldaqçı və dələduz imiş
"Qarabağ"ın rəqibi sponsorla müqaviləsini yenilədi
Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi
"Neftçi" Bakıya qayıtdı: Klub rəsmisi azarkeşlərlə əlbəyaxa olmaq istədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası