Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samboçularımız Moskvada Xarlampiyev Memorialında
Martın 23-24-də Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə dünya kuboku yarışları keçiriləcək.
Sportfm.az xəbər verir ki, Xarlampiyev Memorialı Beynəlxalq Sambo Federasiyasının təqvimində mühüm tədbirlərdən sayılır. Belə ki, bu turnir ilk dəfə Moskvada 1980-ci ildə təşkil olunan Yay Olimpiya Oyunları ərəfəsində keçirilib.
Dünya kuboku yarışlarında 28 ölkədən 300-dən artıq samboçu birincilik uğrunda mübarizə aparacaq. Turnirə Azərbaycan ilə yanaşı, Almaniya, Yunanıstan, Rusiya, Yaponiya, Venesuela və digər ölkələrdən idmançılar qatılacaqlar.
Dünya kuboku çərçivəsində döyüş sambosu üzrə yarışlar da təşkil olunacaq.
Oxşar xəbərlər
Dünya çempionatı Daşkənddə keçiriləcək - Sambo üzrə
Avropa kuboku təxirə salındı - Sambo üzrə
Afinada biz də varıq
Samboçularımız ölkəmizi Yunanıstanda təmsil edəcəklər
Yığmamız 2 medalla 2-ci yeri əldə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası