reklam
Valensiyadan Barselonaya
Sportfm.az xəbər saytı

Valensiyadan Barselonaya


"Valensiya"nın argentinalı futbolçusu Pablo Piatti növbəti mövsümdə "Espanyol"da çıxış edəcək. Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Barselona təmsilçisinə 1 illik icarəyə verilib. Bu barədə məlumatı "Espanyol"un saytı yayıb. "Espanyol" icarə müddətinin sonunda Piattini transfer etmək hüququna malik olacaq.

Piatti 2011-ci ildən "Valensiya"nın uğurları üçün çalışır. O, bu müddət ərzində "yarasalar"ın heyətində keçirdiyi 162 oyunda 23 qola imza atıb. Piatti 1 oyunda Argentina millisinin də şərəfini qoruyub.

Oxşar xəbərlər

"Valensiya" 70 illik rekordunu təkrarladı
Şibasaki qol vurdu, rəqib lider oldu
"Qalatasaray" Fequlini rəsmən rənglərinə bağladı
Oskar Super Liqada çıxış edəcək
“Barselona”nın üzvü “Fiorentina”da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər