Messi etiraf etdi:Hər axşam iynə vururdum
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi uşaqlığı və səhhətindəki problemlər barədə danışıb.
Sportfm.az xəbər verir ki, argentinalı hücumçu "Onefootball" nəşrinə açıqlamasında 8 yaşından ona valideynlərinin iynələr vurduqlarını bildirib.
12 yaşında ikən isə Messi bunu özünün sərbəst yerinə yetirdiyini deyib: "Mən kurs keçmişdim. Ayağıma hər axşam iynə vururdum. Bu boy hormonu iynəsi idi. Əvvəlcə birinə, sonra digərinə. İynə balaca olduğundan ciddi ağrı hiss etmirdim. Bütün bu proses adi idi. Bunu etməli idim və edirdim".
31 yaşlı hücumçuya uşaqlıqda boy hormonu çatışmazlığı diaqnozu qoyulub. Onunla müqavilə bağlamağı qərara alarkən "Barselona" müalicə xərclərini də ödəyib. Hazırda məşhur futbolçunun boyu 1,69 metrdir.
Qeyd edək ki, Lionel Messi dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top"un 5 qat sahibidir. O, "Barselona"nın heyətində 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun sahibi və 4 dəfə Çempionlar Liqasının qalibi olub.
Oxşar xəbərlər
Messi “Qızıl top”unu “Barselona”nın muzeyinə bağışladı
Messi Parisə uçur, möhtəşəm qarşılama olacaq - Hadisə
Messi "Barselona" ilə müqaviləsini ləğv edə bilər
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Messi "Barselona"da qalır - 700 milyon avroya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası