Messi "Barselona"da qalır -700 milyon avroya
Argentinalı hücumçu Lionel Messi "Barselona" klubu ilə müqaviləni 2020/2021-ci il mövsümünün sonunadək uzadıb. Razılaşmaya əsasən, dəbbənin məbləği 700 milyon avro təşkil edir
Sportfm.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib. Otuz yaşlı futbolçunun əvvəlki müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.
Messi "Barselona"ya 2000-ci ildə, 13 yaşında gəlib. Əsas heyətdə rəsmi debütünü 17 yaşında edib. Komandanın tərkibində səkkiz dəfə İspaniya çempionu titulunu qazanıb, dörd dəfə UEFA çempionlar liqasının, beş dəfə İspaniya kubokunun, üç dəfə dünya klub çempionatının qalibi olub.
Beş dəfə "Qızıl top" mükafatına layiq görülən argentinalı hücumçu "Barselona"nın heyətində meydançaya çıxdığı 602 oyunda ümumilikdə 523 qol vurub. O, hazırda klubun və La Liqanın tarixində ən məhsuldar hücumçudur.
Oxşar xəbərlər
Messi kubok sayında dünya rekordunu təkrarladı
Messi Parisə uçur, möhtəşəm qarşılama olacaq - Hadisə
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Messi etiraf etdi: Hər axşam iynə vururdum
"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası