Elnur Məmmədlidən "Neftçi"yə təşəkkür -Ziyarətə görə
"Neftçi” PFK-nın rəhbərliyi, məşqçi və futbolçu heyəti "Autizmlilər” İdman Klubu İctimai Birliyini ziyarət edib. Autizmli uşaqlar və onların müəllimlərinə, eyni zamanda klubun rəhbərliyinə Novruz bayramı münasibətilə "Neftçi” PFK adından təbriklər çatdırılıb.
Sportfm.az xəbər verir ki, tədbirdə iştirak edən "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev bayram günlərində baş tutan ziyarətdən məmnunluq ifadə edib, kluba gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra "Neftçi” komandasının üzvləri uşaqlarla birgə yaşıl meydanda futbol oynayıb, qapıya zərbələr vurublar.
Tədbirin sonunda "Autizmlilər” İdman Klubu İctimai Birliyinin sədri Elnur Məmmədli "Neftçi” PFK-ya diqqətə görə təşəkkür edib.
Oxşar xəbərlər
“Neftçi” PFK ilə PFL-in rəhbərliyi arasında görüş keçirildi - FOTO
"Neftçi" Xocalı abidəsini ziyarət etdi - FOTO
Yurçeviç "Neftçi"ni ziyarət etdi - FOTOLAR
“Autizmlilər” İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırdı
"Neftçi"nin futbolçuları autizmli uşaqlarla məşq etdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası