reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin futbolçuları autizmli uşaqlarla məşq etdilər


Baki Autizm İdman Klubunun üzvləri "Neftçi" PFK-nın təlim məşq bazasında qonaq olublar.

Klubdan Sportfm.az saytına verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar "Neftçi" klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dəvətə görə "Neftçi" klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:

"Bu uşaqları unutmadıqlarına, bizi bura dəvət etdiklərinə görə, başda "Neftçi" klubunun rəhbərliyi olmaqla, hamıya təşəkkür edirəm. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq", - E.Məmmədov əlavə edib.

Oxşar xəbərlər

Elnur Məmmədlidən "Neftçi"yə təşəkkür - Ziyarətə görə
Autizm sindromundan əziyyət çəkən uşaqlar "Zirə"ni ziyarət etdi - FOTOLAR
"Əlincə" Gürcüstan klubu ilə qarşılaşdı
Autizmli gənc və uşaqlar arasında ilk dəfə velosiped yarışı keçirildi - FOTO
Autizmli gənc və uşaqlar arasında ilk dəfə velisoped yarışı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər