Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Onlar Dünya Çempionatı ilə bağlı son qərarını verdi
İngiltərə millisi yayda Rusiyada keçiriləcək Dünya Çempionatını boykot etməyəcək.
Sportfm.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın xarici işlər naziri Boris Conson məlumat verib.
Nazir bildirib ki, İngiltərə millisinin DÇ-2018-i boykot etmək kimi bir planı yoxdur: “Futbol federasiyası hökumət deyil. İngilis azarkeşləri cəzalandırmaq niyyətimiz yoxdur”.
B.Conson xatırladıb ki, parlamentin üzvləri, Böyük Britaniyanın nazirləri və yüksək rütbəli nümayəndələri, Britaniya kral ailəsinin üzvləri dünya çempionatı üçün Rusiyaya getməyəcək.
Nazir qeyd edib ki, azarkeşlər Rusiya və Böyük Britaniya arasında yaşanan gərginlikdən xəbərdar olmalı və buna həssas yanaşmalıdırlar.
Oxşar xəbərlər
Ukrayna dünya çempionatını boykot etdi
"Superliqa matçlarına qadağa qoyulacaq" - Baş nazir
Onlar Rusiyaya getmək istəmir!
Komandası orda olsa da, özü orda olmayacaq
Polkovnik zəhərləndiyi üçün Dünya Çempionatına getmək istəmirlər! - Britaniyalılardan qəribə addım
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası