reklam
Parislilər almanlara göz dikib -
Sportfm.az xəbər saytı

Parislilər almanlara göz dikib -FOTO


PSJ növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

Sportfm.az xəbər verir ki, Paris təmsilçisi hazırda Liqa 1-də lider olsa da, Çempionlar Liqasının 1/8 finalında "Real"a məğlubiyyət klub rəhbərliyini narazı salıb. Buna görə, rəhbərlik baş məşqçi Unay Emeri ilə mövsümün sonunda yollarını ayırmağa hazırlaşır.

Fransanın "Ekip" nəşrinin yaydığı məlumata görə, PSJ rəhbərliyi klubun "sükanı arxasına" alman məşqçi gətirməyi planlaşdırır. Belə ki, Paris təmsilçisinin rəhbərliyi Almaniya yığmasının baş məşqçisi Yoahim Löv və hazırda işsiz olan Tomas Tuxel arasında seçim edəcək.

Xəbərdə PSJ-nin idman direktoru Antero Enrikenin dünya çempionatından öncə Lövlə görüşməyi planlaşdırdığı da vurğulanıb.

Oxşar xəbərlər

“Yuventus” alman məşqçi ilə danışığa başladı
"Fənərbaxça"nın baş məşqçisi istefaya göndəriləcək - Türkiyə Super liqası
100-cü matçını keçirdi - Tuxel
PSJ-nin prezindenti Arsen Vengerə əməkdaşlıq təklif etdi
"Bavariya"nın yeni baş məşqçisi kim olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər